ACSC Logistics

Informasiya

Yük dəmiryol vaqonlarının növləri.
Vaqon – insanların və yüklərin daşınması üçün nəzərdə tutulmuş dəmiryolunda hərəkətli (hərərkət tərkibi) vahiddir. Vaqonlar sərnişin və yük vaqonlarına bölünür. Yük vaqonlarının müxtəlif növləri var: çən, yarımvaqon, örtülü, platforma, hopper, dumpkar, refrijirator.
Çənlər - maye maddələrin daşınması üçün nəzərdə tutulub: neft, benzin, turşular, sular, süd, qaz tipli, bərkiyən və toz tipli yüklər üçün. Çənlər silindrik formada olur. Çənlərin istilik izolyasiya edə bilən örtüyü və ya daşınan yükün qızdırılması üçün lazım olan avadanlıqları, həmçinin yükün vəziyyətinə nəzarət etmək üçün xüsusi cihazları ola bilər. Əsas tipləri: 4 oxlu 60-65t, səkkiz oxlu 120-125t
Yarımvaqon - Yağıntıdan qorunması tələb olunmayan yüklərin daşınması üçün nəzərdə tutulub: kömür, mis filizi, taxta və taxta materialları, metal prokatları. Yarımvaqonların xüsusi növü səpkili yüklərin daşınması üçün nəzərdə tutulub. Bu cür vaqonların alt hissədə və ya yanlarda yük boşaltmaq üçün xüsusi qapıları olur. Əsas növləri: dörd oxlu - 22-75t, səkkiz oxlu 69-130t.
Örtülü (qapalı) vaqon – Mexaninki təsirdən və hava amillərindən qorunması tələb olunan yükləri daşımaq üçün istifadə olunur: taxıl, heyvanlar, kağız materiallar və s. Yük götürmə qabiliyyəti: 25-72t
Refrijirator (soyuducu) – Tez xarab olan yüklərin daşınması üçün istifadə olunan örtülü vaqon növüdür. Bu vaqonlarda məhsulların (ət, balıq, meyvə-tərəvəz, yağ və s.) tələb olunan şəraitdə saxlanmasını təmin etmək üçün xüsusi avadanlıqlar yerləşdirilib. Yükgötürmə qabiliyyəti: 25-40t.
Platforma – Uzun ölçülü yüklərin daşınması üçün istifadə olunur: metal konstruksiyalar, konteynerlər, texniki və bəzi yağıntıdan qorunması tələb olunmayan toplu yüklər. İxtisaslaşmış platformalara ağır konteynerlərin, minik maşınlarının, iri taxta materialların daşınması üçün nəzərdə tutulan platformalar aiddir (fitting plaformalar və s.) Yükgötürmə qabiliyyəti – 70-73t Xopper – Səpkili, toplu yüklərin daşınması üçün istifadə olunan yük vaqonudur: kömür, sement, un, buğda, gübrələr. Hopperlerin iki əsas növü var: qapalı və açıq. Qapalı hopperlər atmosfer yağıntılarndan qorunması vacib olan yüklərin daşınması üçün istifadə edilir. Açıq hopperlər zərərli nəticələr olmadan rahat qurudula bilən yüklərin daşınması üçün istifadə olunur: kömür-filiz yükləri, qrunt, torpaq, şeben və s bu kimi yüklər. Yükgötürmə qabiliyyəti - 180-t-a qədər.

Top