ACSC Logistics

Haqqımızda

Nəqliyyat-logistika şirkəti kimi yaradılan “ACSC Logistics” MMC şirkəti, dəniz yolu, avtomobil yolu və dəmir yolu daşımaları həyata keçirir. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC tərəfindən təsis edilən şirkətin əsas məqsədi "Qədim İpək Yolu"nun, xüsusilə Transxəzər Nəqliyyat Dəhlizinin Avropa və Asiya arasında ən qısa marşrut kimi tam istifadəsini təşviq etmək, bu istiqamətdə əlavə yük axınlarının cəlb edilməsi imkanlarını araşdırmaq və onu həyata keçirmək, həmçinin bu nəqliyyat dəhlizinin potensialını, ötürmə qabiliyyətini artırmaqdır.“AXDG” QSC Trans-Xəzər nəqliyyat dəhlizinin dəniz hissəsində nəqliyyat qabiliyyətini artırmaq üçün Xəzər dənizi limanlarının genişləndirilməsi fonunda sistemli iş aparır. Hal-hazırda, “AXDG” QSC Xəzər dənizində yeganə bərə operatorudur və istismarında ümumi həcmi 500-dən çox və illik həcmi 60.000-dən çox vaqon daşıma qabiliyyəti olan 13 gəmi ilə fəaliyyət göstərir. Həmçinin, hazırda 2019-cu ildə istismara verilməsiplanlaşdırılaniki yeni unikal Ro-Pax tipli dəmiryolu-avtomobil-sərnişin gəmi-bərələri tikilir. “ACSC Logistics” MMC şirkəti, həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda geniş çeşitdə nəqliyyat və logistika xidmətləri göstərməklə yanaşı, ilk növbədə tərəfdaşların maraqlarını rəhbər tutaraqtərəfdaş təşkilatların vaqon parklarındanmüvəffəqiyyətlə yararlanır.Qısa müddətdə şirkət özünü etibarlı tərəfdaş, ödəməqabiliyyətli müştəri və dəqiq və dürüsticraçı kimi özünü təsdiq etmişdir.“ACSC Logistics” MMC məqsədlərinə nail olmaq istiqamətində hər hansı bir mənfəət əldə etmək üçün xüsusi maliyyə vəsaitinə ehtiyac duymayan şirkətdir. “ACSC Logistics” MMC, “AXDG” QSC ənənələrinə sadiq qalan hər bir əməkdaşı simasında aşağıdakı prinsiplərə əsaslanır:

- Uzunmüddətli tərəfdaşlıqların yaradılması
- Şəffaf və aydın tarif siyasəti
- İnnovativ iş üsullarından istifadə
- Yüksək standartlara uyğun xidmət göstərmək
- Öz müştərilərinə ən yaxşı şərtləri təmin etmək
- Yarana biləcək gecikmələri aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlərin görülməsi, eləcə də ortaya çıxa biləcək məsələlərin həllində operativliyi təmin etmək
“ACSC Logistics” MMC tərəfindən göstərilən xidmətlər aşağıdakı kimidir:
- Təhlükəli, əndazəsiz və s. yüklərin daşınma şəraiti, uyğun marşrutun, nəqliyyat növünün seçilməsi üçün məsləhət verilməsi
- Xəzər dənizi, Qara dəniz hövzələrində, eləcə də Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və s. istiqamətlərdə dəniz yolu və dəmir yolu daşımaları
- Poti, Batumi, Bakı, Hövsan, Aktau, Kurik, Türkmənbaşı və digər Xəzər və Qara dəniz limanlarında yükaşırma və saxlama xidmətləri
- Xüsusi şəraitdə yükdaşımaların razılaşdırılması
- Multimodal daşımalar
- Bütün tip gəmilər üzrə yükdaşıma
- Yükləmə/boşalma, vaqonların təmin olunması və rəsmiləşdirilməsi
- Bütün marşrut üzrə yük sahiblərini məlumatlandırılması
Missiyamız
- Müştərilərimiz üçün ideal təchizat zəncirinə nail olmaq
- Qısa müddət
- Qənaətçilik
- Çatdırılmanın əlverişli yolları
- Dostluq münasibətləri

ACSC Logistics Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizində və ümumilikdə regionda tam hər növ logistika xidmətləri göstərir. Azərbaycan dövlətinin dəstəyi ilə həyata keçirilən böyük regional layihələr regionda və eləcə də Azərbaycandan keçən Şimal-Cənub və Şərq-Qərb tranzit marşrutlarında logistika xidmətləri təşkil etmək üçün geniş imkanlar yaradır. ACSC Logistics Trans-Xəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun iştirakçısıdır. Bu marşrut Avropa və Asiya arasında olan ən qısa dəhliz olan Qədim İpək Yolu-nun müasir modelidir və bu istiqamətdə yük axınları üçün maraqlı və cəlbedici marşruta çevrilir. Konsorsium iştirakçıları bu marşrut üzrə daşınmalar üçün ən sərfəli şərtlərin əldə edilməsi üçün xeyli işlər görmüşlər və görməyə davam edirlər. 2017-ci ildə Bakı – Axalkalaki – Qars dəmiryolu xəttinin istismara verilməsi, müasir Ələt və Kurık limanlarının işə salınması, Xəzər dənizinin və Qara dənizin digər limanlarının yenilənməsi və yükötürmə qabiliyyətinin genişləndirilməsi, Xəzər gəmiçiliyinin bərə daşımalarının gücünün artırılması Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizini müasir tələblərə uyğun yüksək səviyyəli xidmətləri olan yeni marşrut kimi təqdim edir. Şirkətin əsas məqsədi Azərbaycanda logistika xidmətinin səviyyəsinin və Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin yüksəlməsinə təkan vermək və bu istiqamətdə yüklər cəlb etməkdir.

about us about us about us

Missiya

mission
Top